1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlk dəfə bir ölkədən 3 komandaya qarşı: İkili duellər nədən xəbər verir?
Azərbaycan klublarının avrokuboklarda bir ölkənin 3 komandasına rəqib olması ilk dəfə baş verib. Sportnet.az-ın məlumatına görə, ölkəmiz 1994-cü ildən çıxış etdiyi qitəmiqyaslı turnirlərdə ilk dəfə belə halla üzləşib.
III təsnifat mərhələsində 4 rəqibdən 3-ü - "Viktoriya", "Mlada Boleslav" və "Slovan" Çexiyanı təmsil edir. Yalnız "Qəbələ" başqa ölkəyə - Fransa "Lill"inə rəqib olub. Çempionlar Liqasında "Qarabağ"ı "Viktoriya", Avropa Liqasında "Neftçi"ni "Mlada Boleslav", "Kəpəz"i "Slovan" sınağa çəkəcək. Təbii ki, klublarımız həmin mərhələyə yüksələrsə. Mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq çexlər rəqiblərini gözləyir.
Ölkəmiz iniyədək 5 mövsümdə bir ölkənin 2 komandası ilə düşüb. Bu, 2001-ci ildə UEFA kubokunun ilk mərhələsində Sloveniya təmsilçiləri ilə olub. "Neftçi" "HİT-Qoritsa" ilə evdə qolsuz bərabərlik etsə də, səfərdə aldığı 0:1 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb. "Şəfa" isə avrokuboklarda debütünü məhz slovenlərlə edib. Ancaq hər oyun böyükhesablı məğlubiyyətlə nəticələnib - səfərdə 0:4, evdə 0:3
2008-ci ildə "İnter"lə "Olimpik" serblərə rəqib olub. ÇL-də II təsnifat mərhələsində "Partizan"la evdə 1:1 hesablı bərabəliyə qalan "bankirlər" səfərdə məğlub olmaqla mübarizə dayanıdırb - 0:2. O vaxt "Olimpik" adlanan hazırkı AZAL avrokuboklarda həmin vaxt debüt edib. UEFA kubokunun I təsnifat mərhələsində komandamıza öz meydanında 1:0 hesabı ilə qalib gələn "Voyvodina" səfərdə 1:1-lik heç-heçə edib və cütün qalibi olub.
2010-cu ildə "İnter"lə "Qarabağ"ın polşalılarla yolları kəsişib. "Bankilər"lərlə "Lex"in ÇL-in II təsnifat mərhələsində dueli (hər 2 oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəlib) oyunsonrası penaltilərlə həll olunub. Polşalılar 9:8 hesabı ilə qalib gəlib. "Qarabağ" isə Avropa Liqasının III təsnifat mərhələsində Krakov "Visla"sını hər 2 oyunda məğlub edib - səfərdə 1:-, evdə 3:2.
2012-ci ildə yenə diqqət mərkəzində "İnter" olub. "Bankirlər" bu dəfə "Xəzər Lənkəran"la birgə estonlara rəqib olub. "İnter" "Trans"dan 7 cavabsız qolla üstün olub - səfərdə 5:0, evdə 2:0. "Xəzər Lənkəran" avrokuboklarda ilk dəfə mərhələni həmin vaxt "Nomme Kalyu"nu keçməklə adlayıb - evdə 2:2, səfərdə 2:0. Bu, Avropa Liqasının I təsnifat mərhələsində olub.
Nəhayət, öətn mövsümdə "Qarabağ"la "Neftçi" Çernoqoriya klubları ilə düşüb. "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Mladost"la hər 2 oyunda heç-heçə etsə də, evdə daha çox qol buraxdığına görə mübarizəni dayandırmalı olub - evdə 2:2, səfərdə 1:1. "Qarabağ" isə ÇL-in II təsnifat mərhələsində "Rudar"la evdə qolsuz bərabərliyə qalsa da, səfərdə ona qlaib gələrək (1:0) mübarizəni davam etdirib. Göründüyü kimi, "Qarabağ"la "Neftçi" ardıcıl 2-ci mövsüm eyni ölkənin təmsilçiləri ilə düşüblər.
"Qəbələ" isə həmin 2015/16 mövsümündə eyni ölkəyə 2 dəfə rəqib olub. Bu, Avropa Liqasının pley-offunda "Panatinaikos"la, qrupunda PAOK-la idi. Maraqlıdır ki, bu oyunların hamısı heç-heçə, özü də 4-dən 3-ü qolsuz nəticələnib. Yalnız "Panatinaikos"la səfər matçında 2:2 hesablı bərabərlik qeydə alınıb ki, bu da "qırmızı-qaralar"ı ilk dəfə qrupa çıxarıb.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib