1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Slovan"ın baş məşqçisi "Kəpəz"lə qarşılaşmaq istəmir
"Biz hələ də qeyri-müəyyən vəziyyətdəyik. Komnadamız konkret rəqibə qarşı hazırlaşa bilmir. Çünki III təsnifat mərhələsində Avstriya, yoxsa Azərbaycan komandası ilə görüşəcəyimizi bilmirik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in Avropa Liqasının III təsnifat mərhələsində rəqibi olan Çexiya "Slovan"ının baş məşqçisi İndrjix Trpişovski klubunun rəsmi saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, "Kəpəz"lə III təsnifat mərhələsində üzləşdiyi Avstriyanın "Admira" klubu bir-birindən fərqlənən, eyni zamanda çexlərə narahatlıq yarada bilən komandalardır: "İlk oyundan sona məsələ açıq qalır. Birinci matç "Admira"mın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Gəlin, cavab oyunu gözləyək. Onda baxarıq ki, sonda mübarizənin qalibi kim oldu".
Trpişovski avstriyalıalrla qarşılaşmağı daha üstün tutur. Çünki həm bu ölkə Çexiyaya yaxındır, həm də bu ölkənin futbouna bələddirlər: "Azərbaycan futbolu isə əksinə, həmişə qeyri-müəyyən olub. "Admira" bazar günü çempionatda oynayacaq. Biz həm bu, həm də Azərbaycanda cavab matçında iştirak edib izləmək istərdik".
Baş məşqçi qarışıq hisslər keçirdiyini bildirib: "III təsnifat mərjələsinin başlanması faktı o deməkdir ki, biz yetərincə güclü rəqib gözləməlyik. "Admira"nın ilk oyunda qazandığı qələbədən sonra şansı artıb. Bu klubun adı yüksək səslənir. Avstriya bizə yaxın olduğundan, "Admira" haqda daha çox informasiya ələ edərək müzakirə aça bilərik. Azərbaycanın isə heç bir komandası ilə görüşməmişik. Bu məsələ bizi daha çox qayğılandırır".