19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını Manə Mollayeva və Kristina Bakarandze vurub.
İyulun 17-də, saat 19:00-da, "Dalğa Arena”da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.