1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yeni klubun loqosu
Azərbaycanda yeni yaradılan "Səbail" futbol klubunun loqosu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə,loqotipdə "qala və onun qoruyucusu olan 3 şir" konsepsiyasından istifadə edilib.
Klub rəhbərliyi təqdim olunan konsepsiyanı Səbailin tarixi ilə bağlayır. Vaxtilə Səbailin ərazisində Bayıl qalası olub. Qala tarixdir, tarix mirasdır. Loqotipdə bu miras şirlər tərəfindən qorunur. Şir hər zaman mərdlik, şücaət və qorxmazlıq simvolu sayılıb.
Loqotipin ümumiləşdirilmiş simvolik mənasına gəlincə, "qala", yəni "Səbail" futbol klubu gənc futbolçuları, yaşıl meydanların gənc istedadlarını öz himayəsi altına alır. Çünki "Səbail" futbol klubu üçün onun məktəbində yetişdirilən hər bir gənc futbolçu milli futbol tariximizin gələcəyi və ən dəyərli mirasıdır.