"Qarabağ"la oyunda "Viktoriya"da rəsmi debütüm baş tutacaq. Bu matç hamımız üçün böyük önəm kəsb edir. Əsas məsələ qələbə qazanmaq üçün əlimizdən gələni etməkdir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Viktoriya"nın baş məşqçisi Roman Pivarnik klubun rəsmi saytına açıqlamasına bildirib.
Çexiyalı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün evdə üzləşəcəkləri "Qarabağ" haqda yetərincə informasiya topladıqlarını bildirib:
"Komandanı rəqibə qəlmək üçün hazırlamağa çalışmışıq. Balanslaşdırılmış heyətə malikik. Əsas heyətdə çıxış etməyə layiqli futbolçularımız çoxdur. Ancaq onlardan meydana çıxmaq üçün yalnız 11 nəfəri seçməliyik".
Pivarnik "Qarabağ"ı təhlil etdiklərini, bunu avrokubok oyunlarını izləməklə etdiklərini söyləyib: "Rəqibin son görüşünü canlı izlədim. Sabit oynayan komandadır. Öz təcrübəmə əsasən bilirəm ki, azarkeşlər Plzendə önəmli rol oynayır. Burada atmosfer möhtəşəm olur. Mən də oyunda anşlaq olacağını səbirsizliklə gözləyirəm".