"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Fransanın "Lill" klubu növbəti transferini reallaşdırıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, "Genqam" klubundan alınan nyarımmüdafiəçisi Yunus Sankaredir. 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sankare ötən mövsüm Fransa çempionatında 6 qol vurub.





































































