1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransada yeni tarix yazmaq üçün
Sabah Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, turnirdə qalan yeganə təmsilçimiz "Qəbələ" çətin sınaq qarşısındadır. Roman Qriqorçukun komandası Fransanın "Lill" klubunun qonağı olacaq. Matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.
"Qırmızı-qaralar" ardıcıl 2-ci mövsüm turnirdə bu mərhələnin iştirakçısıdır. Ötən il Kiprin "Apollon" klubu ilə ilk matçını da səfərdə keçirən "Qəbələ" 1:1 hesablı bərabərliyə qalmış, evdə 1:0 hesablı qələbə ilə mərhələ keçib. Roman Qriqorçukun komandası cari mövsümdə II təsnifat mərhələsində də mübarizəyə rəqib meydanına başlayaraq uğurlu nəticəyə imza atıb. Bu, Macarıstanın MTK üzərində qazanılan 2:1 hesablı qələbə olub. Macarları evdə də yenən (2:0) "Qəbələ"nin qələbə seriyasını Fransada davam etdirəcəyi sözsüz ki, çətin olacaq. Bununla belə, səfərdə münasib nəticə ilə qayıtmaq da mərhələ keçmək şansımızı artıracaq.
Həm "Qəbələ" ilk dəfə fransızlarla görüşür, həm də "Lill" ilk dəfə klublarımıza rəqib olub. Azərbaycanla Fransa təmsilçilərinin avrokuboklarda indiyədək qarşılaşmalarının balansı rəqibin xeyrinədir. Fransızlara qalib gəlməyərək yalnız 3 dəfə heç-heçə etmişik ki, bu da "Qarabağ"ın Avropa Liqasının qrupunda "Sent-Etyen" (evdə 0:0, səfərdə 1:1) və "Monako" ilə (evdə 1:1) matçlarında olub.
Göründüyü kimi, klublarınız indiyədək Fransadan yalnız 1 dəfə məğlubiyyətsiz qayıdıb. "Qəbələ" bu ölkədə qalib gələrsə, yeni tarix yazmış olacaq.