1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Fransada müdafiə futbolu göstərmək fikrində deyilik"
"Komandamızın durumu gündən günə daha yaxşı olur. Hazırlıq baxımından hər şeyin qaydasında olduğuna tamamilə əminəm. İnanıram ki, sabah Lilldə əsl futbol bayramı olacaq. Təbii ki, bu bayramın qəhrəmanları olmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında bildirib. Ukraynalı mütəxəssis sabahkı qarşılaşmada müdafiə futbolu göstərmək fikrində olmadıqlarını söyləyib: "Belə oyunun tərəfdarı deyilik. Həm sabahkı qarşılaşmanın, həm də mərhələnin ümumi nəticəsi də bizim hücumda necə oynamağımızdan asılı olacaq. Buna görə də həm taktiki cəhətdən düzgün, həm savadlı, həm də səliqəli hücum futbolu oynamalıyıq. Rəqib haqda kifayət qədər məlumatımız var. Deməzdim ki, onlardan çəkinirik. Amma "Lill”in gücünü də bilirik. Bu komandanın heyətində sürətli oyunçular var. Bu, onların üstünlüyüdür. Biz də bunun öhdəsindən gəlməyə çalışacağıq".
Qriqorçuk "Qəbələ” və "Lill”i müqayisə etmək istəməyib: "Biz qısa vaxtda çox şeyə nail olduq. Bu üzdən komandamdan da razıyam. İstədiyimiz üslubda oynamağa nail olmuşuq. Bu mövsüm belə sürətli və fərdi ustalığa malik oyunçuları olan rəqiblə qarşılaşmamışıq. Fransadakı görüş bizim üçün ciddi sınaqdır”.