"Qəbələ"nin oyununu görmək imkanımız olub. Bu, güclü, yaxşı təşkilatlanmış komandadır. Meydanda yaxşı aqrresiv oyun göstərirlər. Heyətində istedadlı futbolçular var. Rəqibin kapitanını qeyd edə bilərəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasında "Qəbələ" ilə oyundan öncə keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu cütdə favorit yoxdur: "Mən çox çətin oyun gözləyirəm. Bizdə heyətlə bağlı bəzi probleim var, aparıcı futbolçumuz zədəlidir. Buna görə də 60-70 faiz hazırıq. Mənə "Qəbələ"yə, onun səviyyəsini Fransa yüksək liqaısna uyğun gəlib-gəlmədiyinə qiymət vermək çətindir. Çünki cəmi 4 oyununu izləmişəm. Yaxşı futbolçuları var. Komandada yaxşı oyun ritminə malikdir. Rəqibə hörmət bəsləyirik. Qələbə qazanmağa çalışacağıq ki, bu, asan olmayacaq".
Antonettinin sözlərinə görə, ölkə çempionatı ilə Avropa Liqası arasında fərq qoymurlar: "Bizim üçün hər 2 yarış vacibdir. Avropa Liqasında çıxış etmək üçün mübarizə aparmışıq. Hər 2 turnirdə bütün gücümüzə oynayacağıq. Hərçənd, bu, asan olmayacaq. Avropa Liqası futbolçular üçün yaxşı təcrübədir. Biz bu turnirdə özümüzü yaxşı göstərmək istəyirik".