1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fransada əlverişli nəticə
Avroliqadakı təmsilçimiz "Qəbələ” III təsnifat mərhələsinin ilk oyununda Fransada "Lill”in qonağı olub. Sportnet.az-ın məlumatına görə, matçdan öncə cütlüyün favoriti rəqib göstərilsə də, qarşılaşmaya komandamız daha fəal başlayıb.
Rəqib qapısı qarşısında bir neçə qol epizodu yaradan "qırmızı-qaralar” istəklərinə 12-ci dəqiqədə nail olublar. Belə ki, sol cinahdan baş tutan hücumda Nika Kvekveskirinin cərimə meydançasına göndərdiyi topu Vitali Vernidub tora qovuşdurub - 1:0.
Qoldan sonra ehtiyatlı oynamağa başlayan "Qəbələ” müdafiədə inamlı oyun sərgiləməyə başlayıb. İlk hissənin sonlarına qədər oyunda üstün təsir bağışlayan "Lill” olub. Rəqibin top itkilərindən yararlanmaq istəyən Roman Qriqorçukun komandası əks hücumlardan istifadə edərək növbəti qolu vurmağa çalışıb. İlk hissədə Dmitri Bezotosnı da bir neçə epizodda fransızların fərlənnməsinə mane olub. "Qəbələ” fasiləyə minimal üstünlüklə yollanıb.
İkinci hissəyə isə gözlənildiyi kimi, "Lill” fəal başlayıb. 46-cı dəqiqədə Ryan Mendeşin ilk zərbəsini Bezotosnı dəf etsə də, müdafiəçilərimiz topu uzaqlaşdıra bilməyiblər. Bundan istifadə edən Mendeş hesabı bərabərləşib. Bu erkən qoldan sonra hücumlarının kəsərini artıran fransızlar üstünlük qolunu vurmaq üçün irəli atılıblar. Ancaq rəqibin fərqlənməsinə imkan verməyən "Qəbələ” Azərbaycana əlverişli nəticə ilə qayıdır. Artıq hər şey avqustun 4-də Bakıda keçiriləcək cavab oyunundan sonra məlum olacaq.
Tamerlan İbrahimli