1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"MKT-Araz"ın tarixinə düşən "Sperantsa"da məşqçi oldu
İmişlinin "MKT-Araz" klubunun moldovalı sabiq futbolçusu Marçel Reşikta özünə yeni klub tapıb. Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu vətənində "Sperantsa" klubunun məşqçilər korpusunda yer alıb. O, bu gün çempionatın 2-ci turunda "Ungen"lə matçda komandaya rəhbərlik edib.
Reşitka baş məşqçi Kristos Efrosun köməkçisi təyin olunub. Efros milli çempionatda 2 oyunluq cəzalı olduğuna görə "texniki zona"da yer ala bilməyəcək.
Reşitka bundan öncə "Tiraspol"da baş məşqçinin köməkçisi olub. O, 2006/07 mövsümündə məhz bu komanda ilə İntertoto kuboku matçında vurduğu qolla "MKT-Araz"a 1:0 hesablı qələbə qazandırıb. Bu, artıq tarixin yaddaşına köçən İmişli klubunun avrokuboklarda ilk və yeganə qələbəsi, Reşiktanın Azərbaycanda rəsmi debütü olub. "Tiraspol" evdəki cavab matçında 2:0 hesablı qələbə qazanaraq mərhələ adlayıb.