1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağayevin idarə etdiyi oyunda 3 sarı vərəqə və qaçırılan penalti
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa Liqasında cari mövsümdə ilk oyununu idarə edib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı referi III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Krasnodar" (Rusiya) - "Birkirkara" (Malta) matçında baş hakim olub.
Ağayevin Krasnodarda "Kuban" stadionunda iş başında olduğu qraşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Hakimimiz matçda 3 sarı vərəqə göstərib. Bunlardan 1-i "Krasnodar"a - ilk qolun müəllifi Kuassi Ebueyə (58-ci dəqiqə), 2-si "Birkirkara"ya - Srdan Dimitrov (44-cü dəqiqə) və Qaret Skiberrasa (59-cu dəqiqə) olub.
Ağayev 90-ci dəqiqədə qonaqların qapısına penalti də təyin edib. Ancaq "Krasnodar"ın braziliyalı futbolçusu Vanresson bu şansı qola çevirə bilməyib.
Xatırladaq ki, bu oyunda Ağayevin yan xətdə köməkçiləri Zeynal Zeynalovla Rza Məmmədov olublar. Dördüncü hakim funksiyasını isə Rauf Cabbadov yerinə yetirib.