1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" üçün 18 qat çempion
"Qarabağ”ımız Avroliqanın pley-off mərhələsində İsveçin "Höteborq” komandası ilə qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, "Göteborq" İsveçin eyni adlı şəhərini təmsil edir və 1904-cü ildə yaradılıb.
Komandanın rəngləri mavi və ağdır. "Höteborq" ev oyunlarını 18.416 nəfərlik "Gamla Ullevi" stadionunda keçirir.
"Göteborq" 18 dəfə İsveç çempionu, 13 dəfə isə "Allsvensken" liqasının qalibi olub. Rəqib 1981/1982 və 1986/1987 mövsümündə UEFA kubokunun qalibi olub. Ötən mövsümü ikinci pillədə başa vurub. Bu mövsüm isə 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Avropa Liqasının ilk mərhələsində "Göteborq" Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, II mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 2:1 hesabıyla məğlub olan rəqib səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.
Komandanın hazırki heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.