"Qəbələ" Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Maribor" klubu ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, Sloveniyada təlim-məşq toplanışında olan "qırmızı-qaralar" 2014-cü ilin iyunun 26-da Sloveniyadakı hazırlıq çərçivəsində üçüncü - sonuncu yoxlama matçınə mıhz indiki rəqibi ilə keçirib.
Bakı vaxtı ilə 21:00-da start götürən matçda "Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb:
Kamran Ağayev, Ruslan Tağızadə, Volodimir Levin, Rafael Santos, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Nizami Hacıyev, Elvin Camalov, Viktor Mendi.
Matça yaxşı başlayan "Qəbələ" 14-cü dəqiqədə hesabı açıb. Ruslan Abışovun cərimə zərbəsindən asmasını hazırda da komandanən şərəfini qoruyan braziliyalı müdafiəçi Rafael Santos başla tamamlayıb. Matçın qalan dəqiqələrində hər iki tərəfin fərqlənmək imkanları olsa da, hesab dəyişməyib və "Qəbələ" Avropa Liqası matçı öncəsi sınaq oyununda Sloveniya çempionu üzərində minimal hesablı qələbə qazanıb.
Bununla da, "Qəbələ" Sloveniyadakı təlim-məşq toplanışını qələbə ilə tamamlayıb. Həmin vaxt rumıniyalı baş məşqçi Dorinel Muntyanunun rəhbərlik etdiyi komandamız Avropa Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubu ilə oyunlara hazırlaşırdı.