İtaliyanın "İnter" klubu yeni baş məşqçisini tapıb. Sportnet.az-ın məlumatına görə, komandaya Frank de Bur rəhbərlik edəcək.
Yerli mətbuat artıq tərəflərin hər mövzuda anlaşdığını yazıb. Müqavilə müddətinin 3 il olacağı bildirilir.
Qeyd edək ki, italiyalı mütəxəssis Roberto Mançini "İnter"in yoldaşlıq görüşündə İngiltərə "Tottenhem"inə 1:6 hesablı məğlubiyyətdən sonra komandadan göndərilib. Klub baş məşqçi ilə yolların ayrılmasını rəsmən açıqlayıb.








































































