1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray" Super Kuboku qazandı - YENİLƏNDİ
Türkiyə Super Kubokunun sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:45-də Konyada start götürən matçda komandalar 339-cu dəfə qarşı-qarşıya gəliblər.
Geridə qalan 228 matçın 120-sini "Qalatasaray", 107-sini isə "Beşiktaş" qazanmışdı. Qalan 111 oyunda isə komandalar meydanı sülhlə tərk edib. Qollara gəldikdə, "aslanlar" 477, "qartallar" isə 444 dəfə fərqlənməyi bacarıb.
Kubok üstünlüyü də "Qalatasaray"a məxsus idi. Ölkə Super Kubokunu "sarı-qırmızılar" 4 dəfə qazanmışdısa, "Beşiktaş"da bu göstərici 3 idi. "Qalatasaray" 5-ci dəfə ölkə Super Kubokunun qalibi olub. 90 dəqiqəsi 0:0 hesabı ilə nəticələnən matçda qollar əlavə 30 dəqiqədə vurulub. Tərəflər hərəyə bir dəfə oyuna mərkəzdən başlamağa məcbur olub.
Oyunsonrası penaltilər Şenol Günəşin komandası üçün çox uğursuz alınıb. Belə ki, çempion heç bir zərbəni dəqiq yerinə yetirə bilməyib. "Qalatasaray" isə ilk 3 zərbəni qola çevirməklə matçın qalibi olub.
Türkiyə Super Kuboku
22:00. "Beşiktaş" - "Qalatasaray" - 1:1 (oyunsonrası penaltilərlə - 0:3)
Qollar: Aurelien Şedju, 107-öz qapısına - Hakan Balta, 100
Penaltilər seriyası: Səlcuk İnan (0:1). Oğuzxan Ozyakup (0:1, qapıçı), Hakan Balta (0:2), Cenk Tosun (0:2, yan), Tolqa Çiqerçi (0:3), Atiba Hatçinson (0:3, qapıçı)