1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" İsveçdən məğlub dönür - YENİLƏNDİ
"Qarabağ" Avropa Liqasında ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib İsveçin "Göteborq" klubu olub.
Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubuna məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ" birbaşa "pley-off" mərhələsində mübarizəsinə uğursuz başlayıb. Qurban Qurbanovun komandası ikinci hissənin əvvəlində cərimə zərbəsindən biraxdığı qolla minimal hesabla məğlub olub.
Avropa Liqası, "pley-off" mərhələsi, ilk oyun
21:00. "Göteborq" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol: Mats Olbak, 56
Baş hakim: Pavel Raçkovski
Yan xətt hakimləri: Radoslav Sijka, Mixal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)
UEFA nümayəndəsi: Trefor Lloyd Hyuz (Uels)
Qotenburq, "Gamla Ullevi" stadionu.
Qeyd edək ki, cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.