1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Maribor"un kapitanı: "Bakıdakı nəticə faciəvi deyil"
"İlk hissədə pis oynamadıq. Vacib qolu vurduq və tam üstünlüya malik olduq. Hətta yenı fərqlənmək imkanımız vardı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Slovenitanın "Maribor" klubunun kapitanı Markos Tavares Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra bildirib.
"Dalğa Arena"dakı matçın 9-cu dəqiqəsində hesabı açan 32 yaşlı braziliyalı legionerin fikrincə, komandamızın hələ ilk hissədə hesabı bərabərləşdirməsi və ikinci hissədə qapılarından keçən daha 2 qol oyun intizamlarını pozub: "Heç cür özümüzə gələ bilmədik. "Qəbələ" isə bundan məharətlə istifadə etdi. Üzülməyə dəyməz, çünki nəticə faciəvi deyil. Bizi qarşıda cavab matçı gözləyir".
Tavares məğlub olsalar da, rəqibi yox, yalnız öz komanda yoldaşlarını bəyəndiyini bildirib: "Ona görə ki, məğlub olmağa baxmayaraq, sona qədər mübarizə apardılar. Sloveniyadakı cavab matçı bizim üçün rahat olacaq. "Qəbələ"ni lazımı hesabla məğlub edərək qrupa düşməyə çalışacağıq”.
Xatırladaq ki, "Maribor" - "Qəbələ" oyunu avqustun 25-də keçiriləcək.