"Qarabağ" avrokuboklarda cari mövsümdə ilk məğlubiyyətini alıb. Sportnet.az-ın məlumatına görə, bu, çempionumuzun Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə səfər matçında 0:1 hesabı ilə uduzduğu matçdır.
Bununla da Qurban Qurbanovun yetirmələri bu il avrokuboklarda 5-ci oyununda uduzub. Ağdam təmsilçisi mübarizəsini başa vurduğu Çempionlar Liqasında (ÇL) keçirdiyi 4 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib.
Qurban Qurbanovun komandası avrokubklarda son məğlubiyyətini elə Avroliqada almşdı. Bu, ötən ilin dekabrın 10-da qrupda keçirilən son oyunda - "Anderlext"lə səfər matçında olub. "Qarabağ"la Brüsseldə keçirilən həmin matçda 26-cı dəqiqədə ispanyilaı yarımmüdafiəçisi Dani Kintana ilə hesabı açsa da, bundan az sonra 4 dəqiqəyə buraxdığı 2 qolla məğlub olub. Beləliklə, Qarabağ" 252 gündən sonra Avropada məğlub olub.
Ağdamlılar avrokuboklarda artıq 4 oyundur qələbə üzünə həsrət qlaıb. Ancaq bu, "Qarabağ"ın 1996-cı ildən başlayan avrokuboklar tarixində antirekordu deyul. Klub avrokuboklarda ilk qələbəsini yalnız 9-cu oyununda qazanıb.
Qurban Qurbanovun baş məşqçiliyi dövründə ən uzun qələbəsiz seriya isə 5 oyun olub. Bu, qrup mərhələsoinə düşdüyü 2014/15 mövsümündə olub. Onda ÇL-də Avstriyada "Zalsburq"a 0:2 hesabı ilə uduzmaqla turnirdən kənarda qalan "Qarabağ" Avroliqaya yollanıb və pley-offda Hollandiyanın "Tvente" klubu ilə matçlarda heç-heçə edib - evdə 0:0, səfərdə 1:1. Sadəcə, komandaız səfər qoluna görə cütün qalibi olub və ilk dəfə qrupa düşüb.
Ordaa keçiriıən ilk oyunda Fransanın "Sent-Etyen" klubu ilə evdə qolsuz heç-heçə edən "Qarabağ" ardından Milanda "İnter"ə 0:2 hesabı ilə uduzub. Nəhayət, 6-cı oyunda qalib gəlmək mümkün olub. Bu, qrupda III turda "Dnepr" üzərində Kiyevdə 1:0 hesabı ilə qazanılan qələbə idi. Həmin uğurlu nəticə nəinki "Qarabağ"ın, klublarımızın qrupda ilk qələbəsi kimi tarixə düşüb.
Göründüyü ki, "Qarabağ" Qurbanovun dönəmindəki avrokuboklarda qələbəsiz seriyaya lap yaxınlaşıb. Komanda avqustun 25-də "Göteborq"a Bakıdakı cavab oyununda da qalib gələ bilməzsə, 2 il öncəki antirekordunu təkrarlamış olacaq.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb