1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Dinonun artıq çəkisi var"
"Komandamı təbrik etmək istəyirəm. Bu cür də davam etməli və öz üzərlərində daha çox işləməlidirlər. Azarkeşlərimizə təşəkkür edirəm ki, bu qədər yolu dəstək üçün gəliblər". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Neftçi" ilə keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Q.Qurbanov Avropa Liqasının "pley-off" mərhələsində İsveçin "Göteborq" komandası ilə keçiriləcək cavab oyunu haqda da danışıb: "Bir neçə oyunçuya istirahət verilmişdi. İstər-istəməz oyndan sonra gərginlik vardı. Öz yorğunluqlarını tam çıxarmamışdılar. "Göteborq"la oyunun hazırlığına başlayacağıq. Nəticəyə görə təzyiqlər normaldır. Səfərdə uduzmuşuq, amma Bakıdakı cavab oyununa maksimum düzgün hazırlaşmağa çalışırıq. Çalımalıyıq ki, sonda qələbə bizim olsun. Ancaq yaxşı oynayıb, məğlub oluruqsa, narahat olmamalıyıq. Çünki sabah qələbə bizimlə ola bilər. Bir oyuna görə oyunçuya qiymət vermək düzgün deyil. Futbolçunun borcudur ki, meydançada komandaya xeyir versin. Əl-Jadeyu qol vurdu. Amma bu o demək deyil ki, öz işini gördü".
"Dinonun fakturası bir az canlıdır. Digər tərəfdən tam hazır deyil. Bir-iki kq artıq çəkisi var. O da istəklidir və çalışacaqdır ki, öz performansına geri dönsün. "Göteborq"la cavab oyunun 18-liyində olmaq ehtimalı var" - deyə, Q.Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu 3:0 hesabı ilə başa çatıb.