Azərbaycan stolüstü tennisçiləri Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma üzvləri Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində bir gümüş, iki bürünc mükafata layiq görülüblər.
Komandanın növbəti sınağı Andijan şəhərindədir. Orada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançı bacarığını göstərəcək.
Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaq.
Beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.





































































