DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin San Marinoya qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb. Sportnet.az-ın məlumata görə, baş məşqçi Robert Prosineçki yığmaya 25 futbolçu dəvət edib.
Yığma komandaya Kamran Ağayev ("Sumqayıt"), Anar Nəzirov, Elvin Məmmədov (hər ikisi "Zirə"), Səlahət Ağayev, Ruslan Abışov, Tərlan Quliyev, Ağabala Ramazanov (hamısı "İnter"), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmaylov, Mahir Mədətov, Namik Ələskərov (hamısı "Qarabağ"), Pavel Paşayev ("Stal", Ukrayna), Magomed Mirzabekov ("Qəbələ"), Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov ("Neftçi"), Dmitri Nazarov ("Erzqedirqe Aue", Almaniya), Eddi İsrafilov ("Kadiz", İspaniya), Emin Mahmudov ("Boavişta", Portuqaliya), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə) cəlb olunub.
Qarşılaşma sentyabrın 4-də San Marinoda keçiriləcək. Milli komanda oyundan 2 gün öncə adı çəkilən ölkəyə yola düşəcək.