Almaniyanın II Bundesliqasında XXXIV turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, “Elyersberq” doğma meydanda “Proyssen”i 3:0 hesabı ilə darmadağın edib.
Bu qələbə sayəsində komanda turnir cədvəlini ikinci pillədə başa vuraraq tarixində ilk dəfə Bundesliqaya vəsiqə qazanıb.
Klubun maraqlı xüsusiyyətlərindən biri də ev oyunlarını cəmi 10 min tamaşaçı tutumuna malik stadionda keçirməsidir. “Elyersberq” 13 min nəfər əhalisi olan kiçik yaşayış məntəqəsini təmsil edir.
Qeyd edək ki, komanda hələ 2022-ci ildə Almaniyanın dördüncü liqasında çıxış edirdi. “Elyersberq” 2026/2027 mövsümündə isə 119 illik tarixində ilk dəfə ölkənin elit divizionunda mübarizə aparacaq.






































































