Türkiyəli futbolçu Hakan Çalhanoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi "Tottenhem"in gündəmindədir.
"Bild" nəşrinin iddiasına görə, Almaniyanın "Bayer" klubu futbolçunu 25 milyondan az qiymətə satmayacaq.
Belə olan halda Çalhanoğlu ən çox transfer qiyməti olan ikinci türkiyəli futbolçu olacaq.Hazırda ilk pillə 41 milyon avroya "Atletiko Madrid"dən "Barselona"ya transfer olunan Arda Turan dayanır.