İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi zədə üzündən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportnet.az xəbər verir ki, klubun rəsmi saytı 29 yaşlı argentinalı hücumçusunun diz nahiyəsindən aldığı xəsarət üzündən millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində qarşıdakı 2 oyununda - sentyabrın 2-də Uruqvay, 7-də Veneseula yığması ilə matçları buraxmasının mümkünlüyü haqda məlumat yayıb.
Messi zədəli olmasına baxmayaraq, öz yığmasının düşərgəsinə yollanıb. O, bir daha tibbi müayinədən keçəcək. Belə görünür ki, Messi qarşıdakı 2 oyunu buraxmalı olacaq. Bundan əvvəl isə məlum olub ki, yarımmüdafiəçi Xavyer Pastore ilə hücumçu Serxio Aquero Argentina yığmasına həmin matçlarda kömək edə bilməyəcəklər.
Xatırladaq ki, Messi iyunda Amerika Kubokunda finalda məğlubiyyətdən sonra millidən getdiyini açıqlasa da, onu fikrindən daşındırmaq mümkün olub.