UEFA Gənclər Liqasının ilk 2 təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində turnirdə Azərbaycanı təmsil edən "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibləri müəyyənləşib.
"Qırmızı-qaralar" ilk mərhələdə Moskvanın "Dinamo" klubuna rəqib olub. "Qəbələ" Moskva təmsilçisini məğlub edəcəyi təqdirdə II təsnifat mərhələsində "Makkabi" (Hayfa) - "Şaxtyor" (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
İlk təsnifat mərhələsinin digər cütlükləri isə belədir:
1."Nitra" (Slovakiya) - "Malaqa" (İspaniya)
2.Puşkaş akademiyası (Macarıstan) - PAOK (Yunanıstan)
3.APOEL (Kipr) - "Roma" (İtaliya)
4."Domjale" (Sloveniya) - "Çukariçki" (Serbiya)
5."Breydablik" (İslandiya) - "Ayaks" (Hollandiya)
6.HİK (Finlandiya) - "Kork Siti" (İrlandiya)
7."Anderlext" (Belçika) - "Midtyulland" (Danimarka)
8."Rusenborq" (Norveç) - AİK (İsveç)
9."Vitorul" (Rumıniya) - "Şerif" (Moldova)
10."Jrinski" (Bosniya və Herseqovina) - "Sürix" (İsveçrə)
11."Zalsburq" (Avstriya) - "Vardar" (Makedoniya)
12."Sparta" (Çexiya) - "Mladost" (Monteneqro)
13."Qəbələ" (AZƏRBAYCAN) - "Dinamo" (Moskva)/ Makkabi (Hayfa, İsrail) - "Şaxtyor" (Belarus)
14.Makkabi (Hayfa, İsrail) - "Şaxtyor" (Belarus)
15."Dinamo" (Tbilisi, Gürcüstan) - "Kayrat" (Qazaxıstan)
16.Altınordu (Türkiyə) - (Levski) (Bolqarıstan)
II təsnifat mərhələsinin cürləri
1 cütünün qalibi - 7 cütünün qalibi
2 cütünün qalibi - 5 cütünün qalibi
3 cütünün qalibi - 6 cütünün qalibi
8 cütünün qalibi - 4 cütünün qalibi
9 cütünün qalibi - 10 cütünün qalibi
11 cütünün qalibi - 15 cütünün qalibi
16 cütünün qalibi - 12 cütünün qalibi
13 cütünün qalibi - 14 cütünün qalibi
Qeyd edək ki, 2013-2014 mövsümündən keçirilən UEFA Gənclər Liqasının ilk iki turnirində yalnız əsas komandası UEFA Çempionlar Liqasında çıxış edən klubların U-19 komandaları mübarizə aparıb. Ötən mövsümdən etibarən isə yarış yeni formatda keçirilir. Əsas komandası UEFA Çempionlar Liqasında oynayan klubların U-19 kollektivləri 8 qrupda qüvvəsini sınayır. Qaliblər 1/8 finala, qrup ikinciləri pley-offa yüksəlir. Gənclər arasında çempionu qrupda mübarizə aparmayanlar arasında UEFA reytinqində ən yüksək 32 pilləni tutanların təmsilçiləri isə olimpiya sistemi ilə iki mərhələdə qüvvəsini sınayır. "Qəbələ”nin də çıxış etdiyi "Çempionlar yolu”nun 8 qalibi gələn il baş tutacaq pley-offda qrup ikinciləri ilə görüşəcək və 1/8 finalçıları müəyyənləşdirəcək.