"Mançester Yunayted"in kapitanı Ueyn Runi milli karyerasını 2018-ci ildə başa vuracağını bildirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu bunları deyib:
"Fikrimcə, Rusiyadakı mundialdan sonra milli karyeramı başa vurmaq üçün münasib zaman gələcək. Seçimimi etmişəm. 2018 Dünya Çempionatında İngiltərə millisi ilə uğur qazanmaq üçün son şansımdır. Buna görə millidə çıxışımı yüksək notlarda başa vurmaq üçün maksimum səy göstərəcəm".
30 yaşlı oyunçu 2014-cü ildən İngiltərə milisinin kapitanıdır. Onun aktivində 115 oyun, 53 qol var.