1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təyinatından 2 saat sonra qovuldu - VİDEO
Bolqarıstanın "Botev" klubunda baş məşqçi istefası olub.
Sportnet.az-ın məlumatına görə, Plovdiv təmsilçisi Nikolay Mitovla anlaşsa da, onun işi cəmi iki saat davam edib.
Baş məşqçi yeni komandasını ilk məşqinə çıxararkən azarkeşlərin etirazı ilə qarşılaşıb. Onlarla azarkeş meydançaya girərək məşqi yarımçıq dayandırıblar. Azarkeşlər Mitovu istefaya çağırıb və ona komandada yer olmadığını, dərhal çıxıb getməli olduğunu deyiblər.
Məşqdən sonra baş məşqçi və köməkçisi istefa verdiklərini açıqlayıb. Bundan başqa klub prezidenti Rumen Çandarov da eyni qərarı qəbul edərək tutduğu vəzifədən gedib.
Qeyd edək ki, "Botev" iki qat Bolqarıstan çempionu olub. Komanda cari mövsümdə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.