21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı keçiriləcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ilk toplanış avqustun 18-dən 20-dək, ikincisi isə avqustun 30-dan sentyabrın 3-dək davam edəcək.
Toplanışın son günü yığmamız "Dalğa Arena"da Avropa çempionatının seçmə oyununda İsrail komandası ilə qarşılaşacaq. Sentyabrın 4-dən 9-dək isə U-21 Lissabonda toplanışda olacaq və sentyabrın 9-da daha bir seçmə matçda "Rio Mayor” stadionunda Portuqaliya ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın üzvləri toplanışa 29 - 31 avqustda Topaz Premyer Liqasında keçirəcəkləri oyundan sonra cəlb ediləcəklər.