
Niderland Krallığının Futbol İttifaqı mühüm qərar qəbul edib. Sportnet.-az-ın məlumatına görə, qurum hakimlər üçün videotəkrar texnologiyasını sınaqdan keçirəcəyini rəsmən bəyan edib.
Avropada ilk dəfə olacaq bu sınaq gələn həftə baş tutacaq. Bunlar Hollandiya Kubokunun matçlarına - sentyabrın 21-də "Ayaks"la "Villem II"nin, ertəsi "Feyenoord"la "Oss"un görüşünə təsadüf edəcək.
Xatırladaq ki, FİFA prezidenti Canni İnfantino 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatınadək videotəkrar sisteminin tam həyata keçirilməsinin mütləq vacib olduğunu əvvəldən açıqlayıb.