"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində rəqibləri bu gün ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, "Sent-Etyen" Fransa çempionatının 6-cı turunda səfərdə "Nant"la qolsuz bərabərliyə qalıb.
Matç rəqibimiz üçün çox uğursuz alınıb. Belə ki, "Sen-Etyen"in hücumçusu Kevin Malkuit artıq 16-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılıb. Ancaq bu zaman qonaqların qapısına təyin edilən penaltini meydan sahibləri dəqiq yerinə yetirə bilməyiblər. "Sen-Etyen" oyunun böyük hissəsini azlıqda keçirsə də, səfərdən xalla qayıda bilib. Rəqibimiz 6 oyundan sonra 9 xalla 20 komanda arsında 9-dur.
"Qəbələ"nin növbəti oyununu keçirəcəyi "Maynts" Almaniya Bundesliqasında 4-cü turda "Verder" üzərində əzmkar qələbə qazanıb - 2:1. Qonaqlar 12-ci dəqiqədə buraxdığı qolla hesabda geri düşüb. "Maynts" son dəqiqələrdə oyunda dönüş yarada bilib Əvvəlcə 87-ci dəqiqədə türkiyəli yarımmüdafiəçi Yunus Malli tarzlığı bərpa eidb. 90-cı dəqiqədə isə argentinalı yarımmüdafiəçi Pablo De Blazis qələbə topunun müəllifi olub. "Maynts" 4 oyundan 7 xalla 18 komanda arasında 7-dir.
"Anderlext" isə ötən həftə "Qəbələ"ni məğlub etdiyi (3:1) öz stadionunda bu dəfə ölkə kubokunda qələbəyə sevinib. Bu, aşağı divizion təmsilçisi "Lauven"ni məğlub etdiyi matç olub. Meydan sahiblərinə qələbəni 52-ci dəqiqədə tunisli hücumçusu Hamdi Harbaui vurduğu qolla qazandırıb. Bundan 14 dəqiqə sonra "Anderlext"in yarımmüdafiəçisi Leander Dendoker birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarılsa da, komandası üstünlüyünü sonadək qoruya bilib.