"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan İtaliyanın "Fiorentina" klubu A seriyasında növbəti matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Florensiya təmsilçisi "Udineze" ilə səfər matçında 2:2 hesablı heç-heçə edib. 
Paulo Souzanın komandası oyunda hesabı bərabərləşdirən tərəf olub. 30-cu dəqiqədə seneqallı hücumçu Xuma Babacar hesabı 1:1, 52-ci dəqiqədə Fedeeriko Bernardeççi 2:2 edib. 
Qeyd edək ki, 1 oyunu ehtiyatda olan "Fiorentina" 4 oyundan 7 xalla 20 komanda arasında 9-dur. Florensiyalılar qrupda ilk ev oyununu sentyabrın 29-da məhz "Qarabağ"la keçirəcək. 









                 





    
    
    
    
    
    
    
    
    






















































