"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Gürcüstan milli komandasının qarşıdakı rəsmi oyunlarına çağırılmayıb. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə səfər oyunu öncəsi məşqdə zədələnən 26 yaşlı yarımmüdafiəçisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində oktyabrın 6-da Uels, 9-da İrlandiya ilə keçiriləcək matçlardan kənarda qalıb.
Kvekveskiri artıq 2 həftədir müalicə olunsa da, həkimlər onun həmin qraşılaşmalaradək tam forma yığma bilməyəcəyi qənaətinə gəlib. Buna görə də Gürsüctan yığmasının slovakiyalı baş məşqçisi Vladimir Vayss "Qəbələ"nin oyunçusuna dəvət gödnərməyib.
Qeyd edək ki, Vayss əsas heyət oyunçusu kimi baxmadığı Kvekveskirini dünya çempionatının startında Avstiya yığmasına evdə 1:2 hesabı ilə uduzduqları matçda ehtiyatda saxlayıb.