
Hazırda davam edən "Neftçi" - "Sumqayıt" matçında hesabı əks etdirən tablo işləmir. Sportnet.az-ın məlumatına görə, hesab və komandanın ad və loqoları "Əlincə Arena"nın tablosunda yer alsa da, oyunun dəqiqələri göstərilmir.
Üstəlik oyunun keçirildiyi arena azarkeş qıtlığından əziyyət çəkir.
Təxminən 50 qonaq və eyni sayda meydan sahiblərinin azarkeşinin tribunalarda olduğunu nəzərə alsaq, ümumilikdə 100-150 azarkeşin oyunu izləməyə gəldiyini demək olar. Bir neçə gün öncə komandanın baş məşqçisi Elxan Abdullayevlə görüşsə də, bu effekt verməyib.
Qeyd edək ki, hazırda hesab 1:1-dir.