"Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsində II turun matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, J qrupunda çıxış edən Ağdam təmsilçisi İtaliyada "Fiorentina"nın qonağı olub.
Görüşün 30-cu dəqiqəsində Qurban Qurbanovun baş məşqçi olduğu komanda azlıqda qalıb. Buna Elvin Yunuszadənin qırmızı vərəqə alması səbəb olub. "Fiorentina" say üstünlüyündən tezliklə istifadə etməyə başlayıb. "Bənövşəyilər" 5 dəqiqə ərzində 3 qol vuraraq, ilk yarıdaca matçın taleyini həll ediblər. İtaliya komandasından Xuma Babakar "dubl" edib, digər qolu Nikita Kaliniç vurub.
Fasilədən sonra Mauro Sarate də "dubl"a imza atıb. "Qarabağ" yalnız uzatma dəqiqələrində Dino Ndlovu ilə təsəlli qolunu vura bilib.
Qrupun digər oyununda Çexiya "Slovan"ı Yunanıstan PAOK-una yenilib - 1:2. Beləliklə, 2 turdan sonra "Fiorentina" və PAOK hərəyə 4 xalla ilk 2 pillədədirlər. "Slovan"la "Qarabağ" isə hərəyə 4 xalla 3-4-cü yerləri bölüşür.
Avropa Liqası, qrup oyunları
II tur
29 sentyabr
J qrupu
21:00. "Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 5:1
Qol: Xuma Babakar, 39; 45+2. Nikola Kaliniç, 43. Mauro Sarate, 63; 78 - Dino Ndlovu, 90+2
Qırmızı vərəqə: Elvin Yunuszadə, 30 ("Qarabağ")
Baş hakim: Oliver Draxta
Yan xətt hakimləri: Roland Brander, Stefan Kür
Əlavə köməkçi hakimlər: Manuel Şüttenqruber, Dieter Mukenhammer
Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)
Hakim-inspektor: Eduard Dervişay (İspaniya)
UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr)
Florensiya. Artemio Franki adına stadion
Xal durumu: "Slovan" - 1,
"Fiorentina" - 1, PAOK - 1, "Qarabağ" - 1.