Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin və baş katib Teodor Teodoridis hazırda "Bakcell Arena"dadırlar.
Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumunun rəsmiləri "Qəbələ" və Almaniya "Maynts"ı arasında keçirilən Avropa Liqasının qrup mərhələsinin II tur matçını izləyirlər. Onlarla birgə AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov da fəxri tribunadadır.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının bu mövsüm "pley-off" mərhələsində Aleksandr Çeferinin həmyerlilərini - Sloveniya "Maribor"unu üstələyib - 3:1, 0:1. Ötən mövsüm isə "qırmızı-qaralar" Teodor Teodoridisin həmvətənlərini - Yunanıstan "Panatinaikos"unu səfər qolları sayəsində mübarizədən kənarlaşdırıb - 0:0, 2:2.