
Avropa Liqasının J qrupunda çıxış edən "Qarabağ"ın Yunanıstan PAOK-u ilə keçirəcəyi oyunun stadionu oktyabrın 10-dan sonra bilinəcək. Klubdan Sportnet.az-a verilən məlumata görə, UEFA nümayəndələri həmin tarixdə Tofiq Bəhramov adına Respublika Stadionuna baxış keçirmək üçün Bakıda olacaq.
Avropa futbol qurumu bundan sonra matçın mərkəzi arenada keçirilib-keçirilməyəcəyinə qərar verəcək.
Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 19:00-da başlayacaq.