1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA millimizin rəqibinə qarşı intizam işi açdı
FİFA Norveç milli komandasının futbolçusu Ule Selnesə qarşı intizam iş açıb. Sportnet.az-ın məlumatına görə, buna 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra Bakı Olimpiya Stadionunun tunelində israilli yan xətt hakimlərindən biri ilə mübahisəsi səbəb olub.
Selnes Norveç Futbol Federasiyasının rəsmi saytına verdiyi açıqlamada paltardəyişmə otağına gedən yolda hakimə "Siz hər şeyə fit çalırdınız" dediyini bildirib: "Mən bundan başqa heç nə deməmişəm. Orada başqa insanlar da var idi. Tunel səs-küylü idi, rəqib oyunçular, stadion işçiləri və digər şəxslər qələbəni qeyd edirdilər. Ona görə hər deyilən sözə mən məsuliyyət daşıya bilmərəm".
Oyunun baş hakimi futbolçuya qırmızı vərəqə göstərib və bunu matçın protokolunda da qeyd edib. Lakin FİFA məsələ araşdırılanadək cəzanı qeydə almayıb və Selnesə ötən gün San Marinoya qarşı oynamaq icazəsi verib.
Ali futbol qurumu Norveç yığmasının köməkçi-məşqçisi Martin Foystona qarşı da hakimlə mübahisəyə görə intizam araşdırmasına başladıb. Foyston ifadəsində dördüncü hakimə təşəkkür etmək üçün yaxınlaşdığını, lakin ona "Aralı dur" xahiş edildiyini söyləyib.
Qeyd edək ki, FİFA məsələyə oktyabrın 27-də baxacaq. NFF isə oktyabrın 17-dək dəlil və sübutlarını ali futbol qurumuna təqdim etməlidir.