
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin və "Bakı" klubunun əvəzedici komandasının hücumçusu Valeh Seyidov hərbi xidmətə aparılıb. Sportnet.az-ın məlumatına görə, gənc forvard bu gün Gəncədəki N saylı hərbi hissədə and içib.
O, ötən il ali məktəbin əyani şöbəsinə qəbul olunsa da, məhz futbolçu karyerası ilə əlaqədar qiyabiyə keçirilib. Bundan sonra isə Seyidov hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, Valeh Seyidov "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidovun oğludur.