"Qəbələ”nin Avropa Liqasının qrupunda rəqibi olan "Anderlext” Belçika çempionatında 2-ci məğlubiyətini alıb. Sportnet.az-ın məlumatına görə, Brüssel təmsilçisi prinsipial rəqibi olan "Brügge”yə az öncə yekunlaşan XI turun səfər matçında 1:2 hesabı ilə uduzub.
Meydan sahibləri son 19 dəqiqədə futbolçusu qırmızı vərəqə aldığına görə azlıqda qalıb. Bundan istifadə edən "Anderlext” 88-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. Həmin qolun müəllifi "Qəbələ”yə də qol vuran polşalı hücumçu Lukaş Teodorçuk olub. Ancaq "Anderlext”in bundan artığına gücü çatmayıb.
"Anderlext” 21 xalla turnir cədvəlində 2-ci pillədə qalıb və lider "Varegem”dən 2 xal geridədir. Komandaların eyni – 11 xal keçirdiyini nəzərə alsaq, "Qəbələ”nin rəqibi liderliyi əldə keçirmək şansını qaçırıb.