"Oyunun nəticəsinin ədalətli olub-olmadığını deyə bilmərəm. Bunu şərh etmək istəmirəm”. Sportnet-az-ın məlumatına görə, bu sözləri "Sumqayıt”la oyundan sonra "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis komandasının Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt”la heç-heçə oynadıqları matçdan sonra keçirilən mətbuat konfrnaısnda rəqibin heyətində hər iki qolu "Qəbələ”nin yetirmələrinin vurmasına belə münasibət bildirib: "Futbolçu üçün qol vurmaq hər zaman xoşdur. Buna görə oyunçuları təbrik edirəm. Öz oyunçularımın çıxışını dəyərləndirmək istəmirəm. Oyun baxımından deyə bilərəm ki, komandamdan razıyam”.
Qriqorçuk hakimlik barədə konkret fikir bildirməyib: "Bu mövsüm hakimlik barədə danışmaq istəmirəm. Bu barədə sualı bəlkə də klub rəhbərliyinə verə bilərsiz”.
"Qəbələ”nin çalışdırıcısı Cavid Hüseynovla bağlı sualı belə cavablandırıb: "Çox şadam ki, Cavid bizimlə birgədir. Onun bu gün meydana çıxmasına görə sevinirəm. Əvvəlki səviyyəsinə qayıtması üçün əlimizdən gələni edirik. Bu gün 90 dəqiqə oynamaq üçün hazır deyil”.
O, təqvimin sıx olmasından gileylənmək fikrində olmadığını bildirib: "Bizim üçün 2-3 gündən bir oynamaq çox çətindir. Bizə təklif olunan təqvimdən heç vaxt şikayətlənmirik. Sıx təqvimdə oynamaq üçün tam komlektləşməmişik. Lakin təqvimdən şikayətlənmrəm”.
Xatırladaq ki, Cavid 14 aydan sonra bugünkü matçda yaşıl meydana dönüb.