1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin legioneri: "İndi deyə bilmərəm ki, azarkeşə yumruq atmazdım" - MÜSAHİBƏ
"Neftçi"nin braziliyalı futbolçusu Jonas Pesalli Azərbaycan Premyer Liqasının IX turunda "Qarabağ"la oyundan sonra brifinq keçirib. Komandanın son transferi olan yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da sualını cavablandırıb.
- Sən "Neftçi”yə gələndən ardıcıl 2-ci məğlubiyyətinizdir...
- Bəli. İstəmərəm ki, bu vəziyyəti yaşayım, belə hissləri keçirim. Ancaq başımızı aşağı salıb, yenə çalışmaq, daha çox işləmək lazımdır. Növbəti oyunlarda nəticə qazanaraq bu vəziyyətdən çıxmalıyıq.
- Bu oyun Azərbaycanda tarix derbidir. O ab-hava hiss olunurdumu?
- Əlbəttə, bu oyunun derbi olduğunu bilridim. Həm baş məşqçimiz bu haqda çox deyib, həm də futbolçulardan maraqlanmışam. İstərdim ki, bu derbidən qalib çıxaq. Ancaq məğlub olduq və buna üzülürəm.
- Xəyalında canlandırdığın "Neftçi” budurmu?
- Əlbəttə, bura gəlməmişdən öncə "Neftçi” haqda maraqlanmışdım və bunu əvvəlki müsahibələrimdə bildirmişəm. Böyük tarixi olmasına baxmayaraq, klubun hazırda hansı vəziyyətdə olduğunu bilirdim. Mən bura köməyimin dəyməsi üçün gəlmişəm. Əlimdən gələni edim ki, bu vəziyyətdən çıxaq. Ancaq hazırda nəticə verə bilmərik.
- Aydın məsələdir ki, uduzan komandada atmosfer heş də yaxşı olmur. Katalin Tira kimi sənin də əhval-ruhiyyən yaxşı ola bilməz. Tiranın yerində olsaydın, azarkeşə yumruq atardın?
- İndi durub kənardan danışmaq asandır. Deyə bilərəm ki, yox, mən belə eləməzdim. Ancaq o vəziyyəti yaşayandan sonra sualınıza cavab verə bilərəm. İndi məsələn, deyə bilərəm ki, heç vaxt bunu eləmərəm. Çalışaram bu şeylərdən uzaq olum. Ancaq o vəziyyəti yaşamadığımdan dəqiq bir şey söyləyə bilmərəm.
- Azarkeşi yumruqla vuran futbolçuya peşəkar adı vermək olarmı? Bununla səni komanda yoldaşının üzərinə qaldırmaq istəmirəm...
- Bu suala cavab verə bilmirəm. Çünki 2 həftədir gəlmişəm, hələ o ab-havaya öyrəşməmişəm. Sualınızı "Neftçi"də əvvəldən oynamış futbolçulara versəydiniz, daha yaxşı olardı.
-Qarşıda çətin Qəbələ səfəri gəlir. "Qəbələ” haqda məlumatın varmı?
-Əlbəttə, hər bir oyun bizim üçün vacibdir. Elə vəziyyətdəyik ki, hər bir qarşılaşma bizim üçün final kimidir. Artıq "Qəbələ” ilə oyuna hazırlıq gedəcək. Məşqçilər heyətinin bizi matça necə hazırlayacağını, nə tapşırıqlar verəcəyini gözləyəcəyik. Bilirik ki, rəqibimiz güclüdür.