Son günlər Azərbaycan futbolunda əsas müzakirə obyektinə çevrilən Katalin Tira-azarkeş qarşıdurmasında son nöqtə qoyulub. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin rumıniyalı hücumçusu Premyer Liqanın ötən turunda "Qarabağ"la "Bakcell Arena"dakı matçda üzərinə cumaraq yumruq atdığı azarkeş Nurlan Əzizi ilə görüşüb.
Vasitəçiliyi "Futbol+" qəzetinin etdiyi görüşdə Tira fanatdan üzr istəyib. Azarkeş də bunu qəbul edib və tərəflər barışıblar.
Xatırladaq ki, Tira qırmızı vərəqə ilə nəticələnən hərəkətinə görə AFFA-nın 5 oyunluq cəzasına və 2400 manatlıq cəriməsinə məruz qalıb. "Neftçi" isə məsqlərindən kənarlaşdırdığı legionerini qovmağı düşünür.