İngiltərənin "Vest Hem" klubu 200 azarkeşin ömürlük stadiona buraxılmaması ilə bağlı qərar qəbul edib. Sportnet.az-ın məlumatına görə, buna səbəb azarkeşlərin oyun zamanı insident törətməsi olub.
Ölkə kubokunun 4-cü turunda "Çelsi" ilə ev oyunu zamanı meydan sahibi azarkeşlər oturacaqları sındıraraq bir-birlərinə atıblar. Bununla kifayətlənməyən tərəfdarlar butulka atmaqla davam ediblər.
Klub həmin hadisədə iştirak edən 200 azarkeşin ömürlük stadiona buraxılmaması barədə qərar qəbul edib.
Qeyd edək ki, "Vest Hem" "Çelsi"yə qalib gəlib - 2:1.