"İnter"in hücumçusu Pərdis Fərcad-Azad Premyer Liqanın X turunda "Sumqayıt"la keçirilən ev oyununda diqqət mərkəzinə düşüb. Sportnet.az-ın məlumatına görə, milliləşdirilən hücumçu zədələnən Rauf Əliyevin meydana daxil olandan sonra sarı vərəqə alıb.
Buna səbəb futbolçunun keçmiş komadası ilə oyunda meydanşada icazəsiz olaraq formasını dəyişdirməsi olub. Bunu idmançıya yaraşmayan hərəkət kimi qəbul edən baş hakim Ömər Paşayev "İnter"in "9 nömrə"sini cəzalandırıb.