1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin futbolçusu: "Bu komanda mənim üçün doğmadır"
"Dnepr"lə məni yaxşı xatirələr bağlayır. Mən orada az oynamamışam. Bu komanda mənim üçün demək olar doğmadır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev bildirib. Cari mövsümdən "Stal"ın heyətində çıxış edən müdafiəçi Premyer Liqanın son turunda keçmiş komandası "Dnepr"ə qarşı oynayıb.
Paşayev bu matçın digər rəqiblərlə olduğu kimi, adi oyun olduğunu bildirib: "Niyə oyunu qələbəyədək apara bilmədiyimizi bilmirəm. Ola bilər ki, hardasa bəxtimiz gətirmədi. Hesab edirəm ki, biz "Dnepr"dən qələbəyə daha yaxın idik. Məşqlərdə həm künc zərbələrindən, həm də standart vəziyyətlərdən ötürmələr üzərində işləyirik. Bunun oyunda niyə alınmadığını demək çətindir. Yenə də səbəb bəxtsizlik ola bilər. Kollektiv daxilində ab-havanı yüksəltmək üçün daha çox işləmək, bir-birini dəstəkləmək lazımdır. Fikrimcə, onda bizdə hər şey yoluna qoyulacaq".
Qeyd edək ki, Paşayev ilk klubu olan "Dnepr"in 2010-14-cü illərdə futbolçusu olsa da, icarə əsasında digər Ukrayna komandalarında oynayıb.