Azərbaycan Premyer Liqasında "Qəbələ” ilə "Neftçi" arasında oyunlarda meydan sahibləri üçün uğursuz ənənəyə son qoyulub. Sportnet.az-ın məlumatına görə, ev sahibləri 3 ildən sonra nəhayət, qalib gəlməyi bacarıb.
Bunadək keçirilən 11 matçda qonaqlar uduzmurdu.
Ancaq cari çempionatın X turunda bu, baş verməyib. Özü də "Qəbələ” bu tilsimi darmadağınla qırıb – 4:1. Bunun üçünsə 1143 gün gözləmək lazım gəlib.
Bu komandaların duelində sonuncu dəfə meydan sahibi kimi "Neftçi” 2013-cü ilin dekabırn 15-də "Bakcell Arena”da keçirilən matçda qalib gəlmişdi – 2:1. Qələbə topunun müəllifi son dəqiqələrdə fərqlənən Mahir Şükürov olmuşdu ki, təcrübəli müdafiəçi uzun fasilədən sonra böyük futbola, "ağ-qaralar"a qayıdışı məhz Qəbələdəki son matçda baş verib.
"Qəbələ”nin "Neftçi” üzərində evdə son qələbəsi daha əvvələ - 2012-ci ilin noyabrın 3-nə gedib çıxır. Bu isə 1150 gün öncə deməkdir. "Neftçi” kimi "Qəbələ" də öz meydanında 2:1 hesabı ilə qalib gəlib və qələbə topunu son dəqiqələrdə vurub. "Qırmızı-qaralar”da braziliyalı sabiq kapitanı Dodo fərqlənib. Həmin heyətdən komandalarda hərəyə 1 futbolçu qalıb. Bu, "Qəbələ”də müdafiəçi Ürfan Abbasov, "Neftçi”də isə yarımmüdafiəçi, kapitan Araz Abdullayevdir.
Meydan sahiblərinin qalib gələ bilmədiyi son 11 oyun
09.03.2014. Qəbələ
- Neftçi 1:2
02.05.2014. Neftçi - Qəbələ 1:2
21.09.2014. Qəbələ
- Neftçi 0:0
29.11.2014. Neftçi - Qəbələ 0:0
15.02.2015. Qəbələ
- Neftçi 1:3
17.04.2015. Neftçi - Qəbələ 1:3
17.10.2015. Neftçi - Qəbələ 0:1
13.12.2015. Qəbələ
- Neftçi 0:1
05.03.2016. Neftçi - Qəbələ 1:2
01.05.2016. Qəbələ
- Neftçi 2:2
10.09.2016. Neftçi - Qəbələ 0:8