1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Sent-Etyen"in müdafiəçisi qayıtdı
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qəbələ"nin qonağı olacaq Fransa "Sent-Etyen"inin futbolçusu zədəsini sağaldıb. Sportnet.az-ın məlumatına görə, bir müddətdir zədəli olan Anri Seve artıq komanda ilə oyun keçirib.
O, ölkə çempionatının 11-ci turunda "Monako" ilə ev oyununda (1:0) meydanda olub. 26 yaşlı yarımmüdafiəçi 85 dəqiqə komandasının qələbəsinə çalışıb. Oyunun sonuna 5 dəqiqə qalmış yerini Bryan Daboya verib. Futbolçunun Bakıdakı oyunda da meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyunu saat 22:00-da başlayacaq.