1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
FİFA-dan Türkiyə klubuna transfer qadağası
FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun qərarına əsasən 1-ci liqa təmsilçisi qarşıdakı 2 transfer pəncərəsində heç bir futbolçu keçidini reallaşdıra bilməyəcək.
Buna səbəb "Dənizlispor"un sabiq futbolçusu Daniel Dimova olan borcun ödənilməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, klub öhdəliyi yerinə yetirməyib.
Qeyd edək ki, FİFA daha öncə "Karşıyaka", "Antalyaspor", "Manisaspor", "Mersin İdmanyurdu", "Elazığspor", "Samsunspor", "Bucaspor" və "Diyarbakırspor" klublarına da transfer qadağası qoymuşdu.