1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Kəpəz"in zədəli futbolçusu: "Ayağımda şiddətli ağrılar yarandı"
"İndi hər şey yaxşıdır, özümü normal hiss edirəm. Müalicə prosesi uğurla davam etdirilir". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Dario Frederiko klub saytına açıqlamasında deyib.
Bir müddətdir zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi tezliklə heyətə dönməyə çalışacağını və komandasına kömək etmədiyi üçün təəssüfləndiyini bildirib. 25 yaşlı futbolçu zədələnməsi anını belə xatırlayıb: "Oyunun son dəqiqəsi idi, top mənə düşəndə anidən sürət yığmağa başladım. Lakin sona kimi qaça bilmədim, ayağımda şiddətli ağrılar yarandı. Öncə daha ciddi zədələndiyimi fikirləşdim, tibb personalının ilkin baxışı zamanı 2-3 həftəlik bir şey olduğu deyildi. Səhəri müayinədən keçdim, həkimlər yanılmamışdı. Yenidən eyni komanda ilə matçda zədələnməyimi sadəcə, bəxtsizliklə bağlayardım. Bu, bir qismətdir və zədə futbolun bir hissəsidir. Əminəm ki, bundan sonra daha güclü olacağam".
O, gəncəli azarkeşlərə də səslənib: "Fanatları sakit olmağa çağırıram, narahat olmasınlar. Tezliklə yenidən meydanlara dönüb, qollar və qələbələrlə onları sevindirməyə səy göstərəcəyəm".
Qeyd edək ki, Dario Premyer Liqanın VIII turunda AZAL-la oyunda zədələnib. O, sonrakı 2 turda meydana çıxmayıb.